6 uşağını qətlə yetirən ana ömürlük həbs cəzası aldı - FOTOLAR
Bizi izləyin

Hadisə

6 uşağını qətlə yetirən ana ömürlük həbs cəzası aldı - FOTOLAR

ABŞ-nın Yuta ştatında məhkəmə 40 yaşlı Meqan Hantsmenə 6 körpə uşağını pldürdüyünə görə ömürlük həbs cəzası verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadın törətdiyi əməli metamfetaminin təsiri altında etdiyini və uşaqların qayğısına qalmaq istəmədiyinə görə edib.

Hantsmen 1996-cı ildən 2006-cı ilə kimi dünyaya gəlmiş uşaqlarını boğaraq meyitlərini qarajda gizlədib. Narkotik istifadəsinə görə həbs edilmiş qadının əri 2014-cü ildə məhkumluq həyatını başa vuraraq evə qayıdıb. Bu vaxt o, qarajdan əşyalarını götürərkən uşaqların meyitlərini aşkar edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm