İki piyadanı vuran sürücü tutuldu
Bizi izləyin

Hadisə

İki piyadanı vuran sürücü tutuldu

Abşeron rayonunun Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub. Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, aprelin 22-də saat 23 radələrində Bakı şəhər sakini Zamin Məmişov idarə etdiyi QAZ-31105 markalı 90 AX 168 dövlət qeydiyyat nişanlı avtomaşınla Masazır qəsəbəsində piyadalar - Təzəgül Abbasova və Təyyar Hüseynovu vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada bədən xəsarətləri ilə Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Rayon Polis İdarəsi və prokuroluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Məmişov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm