Goranboy qətliamını törədənə ömürlük cəza verildi
Bizi izləyin

Hadisə

Goranboy qətliamını törədənə ömürlük cəza verildi

Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsin məhkəmə prosesi yekunlaşıb.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Zabil Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda Azərbaycan Cinayət Məcəlləsinin 10-cu maddəsi ilə ittiham olunan R.Hüseynova ömürlük cəza verilib.

Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib, 2 nəfəri isə odlu silahla yaralayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm