“Qaynar xəttə” daxil olan məlumat əsasında cinayət işi qaldırıldı
Bizi izləyin

Hadisə

“Qaynar xəttə” daxil olan məlumat əsasında cinayət işi qaldırıldı

Bakıda bir nəfərin 70 min manatdan çox pulunu mənimsəyən şəxsə qarşı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, vətəndaşın Bakı şəhər sakini Vidadi Axundov tərəfindən ona qarşı dələduzluq hərəkətləri edilməsi barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edib. Onun müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı V.Axundovun məhkəmədə baxılan iş üzrə təqsirləndirilən şəxsə yüngül cəza təyin etdirəcəyi adı ilə onun atasından 2013-cü ildə 43 min ABŞ dolları, daha sonra 2014-cü ildə əlavə olaraq, 30 min manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm