Türkiyədə 3 azərbaycanlı tələbə yoxa çıxıb
Bizi izləyin

Hadisə

Türkiyədə 3 azərbaycanlı tələbə yoxa çıxıb

Türkiyənin paytaxtı Ankarada təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb.

Artıq 15 günə yaxındır ki, Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı gəncdən xəbər yoxdur. Yerli hüquq-mühafizə orqanları, tələbələrin valideynləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları itən tələbələrin axtarışı ilə məşğuldurlar. Türkiyədə təhsil alan tələbələrdən aldığımız məlumata görə, həmin gənclər solçu qanad sayılan, Kürd partiyasını dəstəkləyən kommunistlərin dəstəyi ilə seçiliblər. Həmin gənclərdən biri Sənan Güləhmədov ötən il Bakıda “1 May zəhmətkeşlərinə dəstək” şüarı altında keçirilən aksiyada həbs olunubmuş.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova ANS-ə bildirib ki, səfirliyə yalnız bir nəfər - Yıldırım Bəyazid Universitetinin tələbəsi Sənan Güləhmədovun itməsi barədə valideynləri tərəfindən müraciət daxil olub. Qalan iki nəfər barədə rəsmi məlumat yoxdur.

Nəcibə Nəsibova onu da əlavə edib ki, onunla universitetdə olan tələbələr gənclərin oturub-durduğu şəxslərin kommunistlərə bağlı olduğunu deyib. Amma düşünülmür ki, partiya onun itməsinə səbəb olsun. Ciddi şəkildə axtarışlar gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm