Sumqayıtda "qətliam" günü: bacı, qardaş, nəvə öldü, nənə xəstəxanada
Bizi izləyin

Hadisə

Sumqayıtda "qətliam" günü: bacı, qardaş, nəvə öldü, nənə xəstəxanada

Aprelin 25-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin Tağıyev qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Gədəbəy rayon sakini Xəqani Cəfərov və onun bacısı Arifə vurulub.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hər iki piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “BMW” markalı avtomobilin sürücüsü İlqar Əliyev saxlanılıb.

Aprelin 25-də saat 21 radələrində Sumqayıt şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri Şərafət Zeynalova və onun nəvəsi Ramal Tahirov vurulub. R.Tahirov hadisə yerində ölüb, Ş.Zeynalova xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü - şəhər sakini Fərhad Muradi tutulub.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm