Hadisə
Hüquq müdafiəçisi dələduzluğa görə tutuldu
Azərbaycanda dələduzluqda təqsirləndirilən və özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxs saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Şirvan Şəhər-Rayon Polis Şöbəsinin müstəntiqi Anar Bayramovun
APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Şirvan şəhərində
fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə
Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli
Azad Vəlyəddin oğlu (Başbuğ) Cinayət Məcəlləsinin 178.2.2 178.2.4
(dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri
təqsirləndirilir. Daha əvvəl Cinayət Məcəlləsinin 182.1, 228.1,
228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə
azadlıqdan məhrum edilmiş Azad İskəndərli özünü hüquq müdafiəçisi
kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil
xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham
edilir.
İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə,
aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ
keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə
tələb etmə cinayətlərini törədib.
A. İskəndərli 2008-ci ilin oktyabr ayında Şirvan şəhərində
fəaliyyət göstərən “Sərvət” Şadlıq sarayının sahibi Qasımov İbrahim
Əli oğlundan 2500 manat borc pul alıb və qaytarmayıb. O, sahibkarı
şantaj edərək hər ay 300 manat ödəməsini tələb edib. Ə.Məmmədov isə
bununla razılaşmayıb.
Bundan başqa, o, Salyan rayon Bəşirbəyli kənd sakini Həşimov
Seymur Çingiz oğlundan 1200 (min iki yüz) manat, Bakı şəhəri,
Suraxanı rayon sakini Dəmirova Nazilə İskəndər qızından, onun
övladları Simrand və İlkin Dəmirovlardan 4350 manat məbləğində pulu
aldatma yolu ilə alıb.
Faktla bağlı araşdırma davam edir.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı