• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Millət vəkili ölümdən döndü

  • Hadisə
  • 28 Aprel 2015 13:37
  • 1 526 Baxış
Millət vəkili ölümdən döndü

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bir neçə gün öncə ciddi avtomobil qəzası təhlükəsi ilə üzləşib.

Publika.az-ın məlumatına görə, bu barədə millət vəkili F.Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bazar günü iki avtobus onun olduğu maşını araya alıb sıxaraq ciddi bir qəza vəziyyəti yaradıblar: “Sözün əsl mənasında Allah bizi qurtardı. Yaxınlaşıb polisə deyirəm ki, bu marşrut sürücüsü barəsində tədbir görsünlər. Amma polis də deyir ki, heç nə edə bilmərəm, onları himayə edənlər elə adamlardır ki, gücümüz çatmır”. Axı kimdir bunlar? Hansı imtiyaz verilib ki, adi sürücüyə də söz deyə bilmirlər?”

F.Ağamalı onu da bildirib ki, bəzi qurum əməkdaşları orta məktəblərin qarşısında pusquda dayanırlar, valideynlər maşını saxlayan kimi gəlib cərimə meydançasına aparırlar.

Deputat təklif edib ki, məktəblərin qarşısında xüsusi yerlər yaradılsın və orada maşınların 5-10 dəqiqəlik saxlanılmasına icazə verilsin.

Spiker Oqtay Əsədov isə təklifə narazılığını bildirib: “Bakıda yüzlərlə məktəb var, hər ailədə də 2-3 maşın var. Hər valideyn gedib saxlasa, gör nə qədər maşın edər. Xarici ölkələrdə də belə şey yoxdur. Orada hər kəs uşağını avtobusla aparır”.

İclasda həmçinin yaşı 80-ə çatmış insanların avtomobil idarə etməsinin qadağan edilməsi təklifi də səslənib.

Qeyd olunub ki, bu yaşda artıq insanlarda diqqət zəifləyir, eşitmə və görmə hissləri pisləşir, reaksiya hissi aşağı düşür və bu da çox vaxt qəzalara səbəb olur.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR