Hamilə qızına işgəncələr verən anaya 10 il həbs cəzası
Bizi izləyin

Hadisə

Hamilə qızına işgəncələr verən anaya 10 il həbs cəzası

Nikahdankənar hamilə qalan qızına işgəncə verən ana həbs edilib.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyədə baş verib.

Hamilə qızını uşağı salması üçün üzü üstə yatıraraq qarnına stol qoyan və 3 gün xına dəmləyib içirən ana 10 il həbs cəzası ala bilər.

Hər şey lisey tələbəsi olan F.K-nin itkin düşməsi ilə üzə çıxıb. Qızı itən ata A.K onun axtarılması üçün polisə müraciət edir. O, izahatında qızının dostu E.S-dən şübhələndiyini bildirib. Polis gənci şübhəli qismində bölməyə gətirib və o, qızın yerini deyib. Polis itkin düşən qızı tapdıqda isə o, evdən anasına görə qaçdığını bildirib:

“Hamilə olduğumu biləndə anama dedim. O, məni özəl xəstəxanaya aparıb təkrar test etdirdi. Hamiləliyi dayandırmaq üçün hər yola əl atdı. Əvvəlcə abort üçün xəstəxanaya getdi, amma oradan bunun mümkün olmayacağını dedilər. Sonra qarnıma stol qoydu, səhər-axşam - 3 gün xına suyu içirtdi. Uşağın düşmədiyini görəndə soğan qabığını qaynadıb içirdi. Yenə də olmayınca, bunu bir neçə gün davam etdirdi. Mən də buna dözməyərək E.S-ə mesaj yazıb gəlib məni aparmasını istədim”.

Ana haqqında qaldırılan ittihamları rədd etsə də, günahı sübut olunarsa, 10 il müddətinə həbs cəzası alacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm