Bakı-Quba yolunda minik avtomobili ilə yük maşını toqquşdu, 1 ölü
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda minik avtomobili ilə yük maşını toqquşdu, 1 ölü

Bakı-Quba yolunda minik avtomobili ilə yük maşını toqquşub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 30-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm