
Bakıda bir il öncə mənzildən oğurluq edən şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyi (DİN) Kriminalistik Təhqiqatlar İdarəsi, Bakı şəhər BPİ CAİ əməkdaşları həyata keçiriblər.
Hadisə ötən il aprelin 19-da M.Müşfiq küçəsində İsgəndər Əzimovun evində baş verib. Pəncərənin şüşəsini çıxarmaq yolu ilə 7900 manat və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Namiq oğlu Vəliyev tutulub.