ADNA hadisələrindən 6 il ötdü
Bizi izləyin

Hadisə

ADNA hadisələrindən 6 il ötdü

Bu gün ADNA terrorunun 6 ili tamam olur.

Axar.az yada salır ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum olub. Bu tarix həmin gün güllələnən 25 nəfərin adı ilə “ADNA terroru” kimi yadda qalıb.

Hadisə nəticəsində 13 nəfər ölüb. Onları akademiyanın 2-ci tədris binasında güllələyiblər. Silahlı basqını törədən şəxs gicgah nahiyəsindən aldığı güllə yarasından yerindəcə keçinən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda olub. 2010-cu il avqustun 14-də Dövlət Neft Akademiyasında baş vermiş qanlı olayla bağlı məhkəmədə Cavidan Amirov, Ariz Qabulov, Nəcəf Süleymanov və Nadir Əliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Martun Qumaşiyanın barəsində cinayət işinin başlanması üçün Gürcüstan hüquq-mühafizə orqanlarına xüsusi qərar göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm