İki maşın toqquşdu, ölən var
Bizi izləyin

Hadisə

İki maşın toqquşdu, ölən var

Binəqədidə ağır yol qəzası baş verib, ölən var.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda “VAZ” və “Saipa” markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat qəza hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər ölüb.

Qəzanın baş verdiyi yerə cəlb olunan xilasedicilər “VAZ” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:45-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm