"Nar Mobile" şirkətinin ofisi çökdü: yaralanan var
Bizi izləyin

Hadisə

"Nar Mobile" şirkətinin ofisi çökdü: yaralanan var

"Nar Mobile" şirkətinin ofisinin yeməkxana hissəsi çöküb. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə axşam saatlarında baş verib.

Dağıntılar altında qalan bir nəfər ağır xəsarətlər alıb. Həmin şəxsin ofisi yeməklə təmin edən şirkətin əməkdaşı olduğu bildirilib.

Hadisə şirkətin Heydər Əliyev prospektində yerləşən ofisində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm