FHN Lənkərandakı yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Lənkərandakı yanğınla bağlı məlumat yaydı

Lənkəranda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyası 3 kv.m sahədə və içərsində olan əşyalar yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm