Tanınmış meyxanaçının arvadı həbs olundu
Bizi izləyin

Hadisə

Tanınmış meyxanaçının arvadı həbs olundu

Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşları məşhur meyxanaçının həyat yoldaşını həbs ediblər.

Saxlanılan qadın bir neçə evdən oğurluq etməkdə təqsirləndirilir. Əslən Yevlaxdan olan 1985-ci il təvəllüdlü Leyla Namiq qızı Abdullayeva dilənçilik edib pul qazanmadığı təqdirdə özünü narahat hiss etdiyini deyir. Bunun yaxşı əməl olmadığını etiraf edən qadın həyat yoldaşı ilə mübahisəsinin bunun üstündə düşdüyünü təsdiqləyib:

“Yoldaşım məni dəfələrlə döyüb. O çox gözəl adamdır, amma mən çox pis insanam. Onu hər yerdə biabır etmişəm”.

Xatırladaq ki, bir həftə əvvəl analoji ittiham əsasında Leyla Abdullayevanın qardaşı İsmayıl Vəliyev də həbs olunub. İstintaqla müəyyən edilib ki, dilənçilik adı ilə getdiyi evlər barədə məlumatı qardaşına Leyla ötürüb. Qardaşı ayda bir dəfə Yevlaxdan Bakıya gələrək müəyyən edilmiş evlərdən oğurluq edib.

İsmayıl Vəliyev oğurluq etdiyi mənzilləri artıq xatırlamadığını deyib:

“Girdim evə, hansı ev olduğu yadımda deyil. 7.900 manat pul idi, götürdüm, aparıb xərclədim”

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər martın 24-də Yasamal rayonu Kazımzadə küçəsində Allahyar Həsənovun evindən pəncərədən keçməklə 450 manat, ötən ilin sentyabrın 17-də Xəzər rayonu Şağan qəsəbəsi, İsgəndərov küçəsində Fuad Dadaşova, Zülfüqar Babayevə və Rafael Talıbova məxsus evlərdən qızlı-zinət əşyaları və 3000 manat, martın 2-də Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yaşayan Rasib Ələkbərovun evindən 3500 manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər.

Leyla Abdullayeva yoldaşının tanınmış meyxanaçı olduğunu deyib:

“Yoldaşım mənim ucbatımdan biabır olub. O toylara gedəndə, mən evdən çıxırdım. Yoldaşım meyxanaçıdır”.

Polis bu şəxsləri görüb tanıyan vətəndaşlardan BŞBPİ-yə müraciət etmələrini xahiş edir. /APA/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm