Şirvanda faciə: Nişanlı qız intihar etdi
Bizi izləyin

Hadisə

Şirvanda faciə: Nişanlı qız intihar etdi

Şirvan şəhərində intihar olub.

Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, şəhər sakini, Bayramlı qəsəbəsinin Hüseyn Cavid küçəsində yaşayan, 1996-cı il təvəllüdlü Rüstəmova Elnarə Rahib qızı özünü evlərinin yaxınlığından keçən Kür çayına atıb.

Hadisənin səhər saatlarında baş verdiyi güman edilir. Onun meyiti çaydan çıxarılaraq müayinə üçün aidiyyəti quruma təhvil verilib.

Qohumlarının bildirdiyinə görə, qız nişanlı olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

(APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm