• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qəbiristanlıqda mollalıq edən, “Gülər” adı ilə oğlanları aldadan homoseksualın dəhşətli aqibəti – TƏFƏRRÜAT

  • Hadisə
  • 2 May 2015 17:02
  • 7 214 Baxış
Qəbiristanlıqda mollalıq edən, “Gülər” adı ilə oğlanları aldadan homoseksualın dəhşətli aqibəti – TƏFƏRRÜAT

Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Bəhrəm Dadaşov Mingəçevir şəhər sakini Tural Quliyevi bıçaqlayaraq öldürüb.

Publika.az xəbər verir ki, Tural 10 yanvar 2014-cü ildə mobil telefonla Bəhrəm Dadaşovla qadın səsi ilə danışıb, özünü Gülər kimi təqdim edib. Bəhrəm 31 may 2014-cü ildən 1 iyun 2014-cü ilə keçən gecə Mingəçevir şəhərindəki evdə “Gülərin” tək olacağını öyrənib, onun dəvəti ilə görüşə gedib. O, görüş yerinə gedən zaman özü ilə bıçaq da götürüb.

Mayın 31-də, saat 21 radələrində Mingəçevir şəhərinə gələn Bəhrəm Dadaşov “Gülər”in yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 50/2-nin 3-cü mərtəbəsində yerləşən mənzil 9-a daxil olub. Bu zaman o, telefonla danışan şəxsin Gülər adlı qadın deyil, qadın səsi ilə danışan, həmin mənzildə yaşayan, homoseksual Tural Quliyev olduğunu bilib.

Həmin vaxt Bəhrəm gecə mənzildə onların ikisindən başqa heç kimin olmayacağını bilib, Tural ilə danışaraq gecəni birlikdə həmin mənzildə qalmağa razılaşıb. Tural Quliyev ərzaq almaq üçün mənzildən çıxıb. Həmin mənzilin əla təmirli vəziyyətdə olmasını, Tural Quliyevin maddi vəziyyətinin yaxşı olmasını müşahidə edən Bəhrəm Dadaşov cinayət törətmək qərarına gəlib. O, Turalın ona qadın olmasını deyərək, onu aldatdığına görə qisas almaq, eyni zamanda onu tamah məqsədi ilə quldurluqla əlaqədar qəsdən öldürmək qərarına gəlib.

Mingəçevir şəhərinə gələrkən yaşadığı evdən götürdüyü bıçaqla Tural Quliyevi vurmaq məqsədilə yataq otağında çarpayının altında gizlədib. Onlar iyunun 1-i, saat 03:00 radələrinə kimi söhbət ediblər. Bəhrəm Turalın boyda ondan uca, fiziki cəhətdən güclü olmasını görüb və bıçağı qoyduğu yerdən rahat götürə bilməsi üçün onunla cinsi əlaqədə olacağı ilə aldadıb. Bəhrəm Tural Quliyevi iki nəfərlik çarpayının yanına aparıb. Çarpayıda Tural ilə cinsi əlaqədə olan zaman qəfildən bıçağı götürən Bəhrəm Dadaşov ona çoxsaylı zərbələr vurub. Tural Quliyevi qətlə yetirən Bəhrəm Dadaşov daha sonra evdə axtarış aparıb. O, 185 manat dəyərində olan mobil telefonu götürək evi tərk edib.

Bəhrəm Dadaşov Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (quldurluq) və 228.4-cü (soyuq silah saxlama) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Gülər mənimlə görüşməyi təklif etdi”

Təqsirləndirilən şəxs ifadəsində cinayəti tamah məqsədilə deyil, qisas məqsədilə törətdiyini deyib: “2012-ci ildən istifadəmdə olmuş mobil nömrəmə zəng gəlib və həmin nömrədən zəng etməyim barədə SMS göndərilib. Həmin nömrə sahibinin kim olduğunu dəqiqləşdirmək məqsədi ilə 12 yanvar 2014-cü ildə həmin nömrəyə zəng etdim. Zəngimə bir nəfər qadın səsi ilə cavab verdi, həmin şəxs səhvən zəng etdiyini, başqa nömrə əvəzinə mənim nömrəmi yığdığını bildirdi. Həmin şəxslə telefonda bir qədər danışdım. O, adının Gülər olmasını, Gəncə şəhərində yaşamasını və gözəllik salonunda işlədiyini bildirdi. Bundan sonra özünü Gülər adı ilə təqdim edən həmin şəxslə telefon vasitəsi ilə əlaqə saxlamağa başladım. Özünü Gülər adlı qadın kimi təqdim etmiş şəxslə telefon vasitəsi ilə əlaqə saxlasam da, onunla əvvəllər görüşməmişəm və internetdəki sosial şəbəkələrdə əlaqə yaratmamışam. Sonradan özünü Gülər adlı qadın kimi təqdim edən şəxs əvvəllər evli olduğunu bildirdi və mənimlə görüşməyi təklif etdi”.

“Görüşmək istədiyimi bildirdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin mayın 29-da özünü Gülər adlı qadın kimi təqdim etmiş şəxslə mobil telefon vasitəsi ilə danışıb: “Gülər növbəti gün Mingəçevir şəhərinə qohumlarının yaşadığı mənzilə gedəcəyini, həmin mənzildə tək olacağını, orada təklikdə görüşə biləcəyimizi bildirdi. Növbəti gün telefon vasitəsi ilə əlaqə saxlayaraq, Mingəçevir şəhərində olub-olmadığını soruşdum və onunla görüşmək üçün gəlmək istədiyini bildirdim. Gülər bir neçə gün Mingəçevir şəhərində qohumlarına məxsus evdə tək olacağını bildirdi”.

“Səsini qadın səsinə oxşatdı”

Bəhrəm Dadaşov qeyd edib ki, mayın 31-də özünü Gülər adlı qadın kimi təqdim edən şəxs onun mobil telefonuna zəng edib, gəlib-gəlməyəcəyini soruşub: “Mən isə gəlmək üçün pulumun olmadığını, yol pulu düzəldərək gəlməyə çalışacağımı və bu barədə xəbər verəcəyimi bildirdim. Həmin gün atamı aldadaraq Bakı şəhərinə əsgər yoldaşım ilə görüşmək üçün getmək istədiyimi və axşam yaşadığım evə qayıdacağımı bildirdim. Atam icazə verərək 10 manat yol pulu verdi. Saat 17:00 radələrində yaşadığım evdən çıxaraq avtovağzala getdim. Evdən çıxmamışdan əvvəl tanımadığım yerə getdiyi üçün ehtiyat tədbiri kimi özüm ilə dəstəyi və tiyəsi bir-birindən ayrılan bıçağı götürdüm. Saat 22:00 radələrində onlara gəldim. Qarşıma bir oğlan çıxdı, həmin oğlanın adının Tural olduğunu bildim. Ondan Güləri soruşdum, Tural isə hər şeyi başa salacağını bildirdi. Yenidən Gülər xanımın harada olduğunu soruşduqda səsini qadın səsinə oxşatmaqla, özünü Gülər adlı qadın kimi təqdim edən şəxs olduğunu bildirdi”.

“İntim münasibət olmayacağına əmin olaraq mənzildə qalmağa razılıq verdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman geri qayıtmaq istədiyini bildirib: “Həmin şəxs isə əziyyət çəkib gəldiyimi, gecə vaxtı qayıtmaq üçün avtomaşın tapmayacağımı dedi. Yol gəlib yorulduğumdan, eyni zamanda pulumun az olması səbəbindən gecəni qalmağa yer tapa bilməyəcəyindən və ya yaşadığı evə qayıtmaq üçün avtomaşın tapa bilməyəcəyimdən ehtiyatlanaraq, həmçinin kişi cinsli şəxslə aralarında hər hansı intim münasibət olmayacağına əmin olaraq həmin mənzildə qalmağa razılıq verdim. Bundan sonra biz qonaq otağına keçdik. Söhbət zamanı həmin şəxs adının Tural olduğunu, Mingəçevir şəhərində həmin mənzildə yaşadığını, valideynlərinin evdə olmadığını bildirdi. Bir qədər sonra Tural mağazadan su almağa getdi. Tural mənzildən çıxdıqda qapını açarla kilidlədi, Turalın fiziki güclü olduğunu və sonuncu hərəkətindən qorxaraq hər ehtimala qarşı ehtiyat üçün evdən çıxarkən özüm ilə götürdüyüm bıçağı yataq otağında çarpayının altında gizlətdim”.

“Tural mənimlə cinsi əlaqədə olmağı təklif etdi”

O, qeyd edib ki, Tural küçəyə çıxandan sonra zəng edib, pivə içmək istədiyini bildirib: “Təxminən 15-20 dəqiqədən sonra Tural geri qayıtdı. Tural bir ədəd “Küler” pivəsi, bir ədəd plastmas qabda qazsız su və bir ədəd plastmas qabda olan meyvə şirəsi və hisə verilmiş pendir almışdı. Pivə içə-içə Turalla söhbət etdim, Tural isə su içib. Söhbət zamanı Turaldan məni niyə aldatdığını, yaşadığı mənzilə niyə çağırdığını soruşdum. Turalla hər hansı cinsi münasibətdə ola bilməcəyimi bildirdim. Tural isə oğlanlardan xoşu gəldiyini, öz cinsinin nümayəndələri ilə cinsi əlaqədə olduğunu, qadından heç bir fərqi olmadığını, bunun normal olduğunu dedi. Tural mənimlə cinsi əlaqədə olmağı təklif etdi. O, belə təklifi təkidlə bir neçə dəfə etdi. Hər dəfə Turaldan uzaqlaşaraq, Turalla cinsi əlaqədə ola bilməyəcəyimi bildirdim”.

“Turalı çarpayı olan istiqamətə apardım”

Bəhrəm Dadaşovun ifadəsinə görə, yol gəlib tərlədiyindən yuyunmaq üçün hamam otağına keçib: “Hamamda yuyunduqdan sonra paltarlarımı geyinmək istədim. Həmin vaxt qarşımda dayanmış Turalın paltarlarını soyunmuş olduğunu gördüm. Həmin vaxt Turalın əlində qadın paltarı və onlardan hansını geyinməsini soruşdu. Mən isə ona əhəmiyyət verməyərək, “hansını istəyirsən onuda geyin” dedim. Bundan sonra Tural əlimdən tutaraq hamam otağı ilə üzbəüz yerləşən yataq otağına getməyi, orda cinsi əlaqədə olmağı təkid etdi. Turalla cinsi əlaqədə olmaq istəmədim. Turalla cinsi əlaqədə olduqdan sonra, onun fiziki gücündən istifadə edərək mənimlə də cinsi əlaqədə olacağından qorxdum. Məni aldatdığına və əxlaqsız hərəkətlər etməyi təklif etdiyinə görə qisas almaq niyyəti ilə Turalı öldürmək qərarına gəldim. Ona görə də Turalın boyda məndən uca olmasını və fiziki cəhətdən güclü olması səbəbindən rahatlıqla bıçaqla xəsarət yetirərək öldürmək üçün cinsi əlaqədə olacağıma razılıq verdim. Başqa vəziyyətdə bıçaqla Turalı öldürə bilməyəcəyimi düşünərək, Turala iki nəfərlik çarpayı olan istiqamətdə apardım. Ona pəncərə istiqamətində ağzı üstə uzanmasını istədim”.

“Həyəcanlı olduğumdan qonaq otağında bir müddət oturdum”

Təqsirləndirilən şəxs deyib ki, çarpayıda arxası üstə uzanan Turalla cinsi əlaqədə olmayıb və gizlətdiyi yerdən bıçağı çıxaraq onun kürək nahiyyəsindən vurub: “Zərbədən sonra Tural dartınaraq ayağa qalxdı, həmin vaxt əlimdə tutdu. Cəld tərpənərək onun kürək nahiyəsindən daha bir neçə zərbə vurdum. Zərbənin təsirindən Tural arxası üstə yerə yıxıldı. Həmin vaxt Tural qışqırsa da, heç bir müqavimət göstərə bilmədi. Bıçaqla Turalın ağız boşluğundan vuran zaman əlimdən dişlədi. Digər əlim ilə Turalın çənəsini sıxmaqla sol əlimin barmağını Turalın ağzından çıxarda bildim. Sonra Turalın qışqırtısının qarşısını almaq üçün onun ağzına tutmaq istədim. Yenə də əlimi dişlədi. Sonra hamamda əlimin, üst-başımın qanını yudum. Qorxduğumdan və həyəcanlı olduğumdan qonaq otağında bir müddət oturdum, özümü sakitləşdirdim”.

“Qətlin qarət məqsədilə törədilməsi görüntüsünü yaratdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, Turalın qarət məqsədi ilə öldürülməsi görüntüsünü yaratmaq məqsədi ilə mənzildə olan əşyaları döşəməyə atmağa qərar verib: “Ona görə də yenidən yataq otağına qayıtdım və otaqda olan dolabın, tumbaların, paltar dolabının sürmələrini açaraq sürmələrdəki əşyaları döşəməyə, çarpayının üzərində tulladım. Turalın “Samsung” markalı telefonunu götürdüm, qonaq otağına keçərək dolabda olan əşyaları döşəməyə tökdüm. Turalın yaşıl rəngli şalvarının cibindən mənzilin və dolabın kilidli gözlüyünün açarlarını, pul kisəsindən 35 manatı götürdüm. Qonaq otağında mebel dəstinin gözlüklərində və kilidlənən gözlüyünü breloka bərkidilmiş açarla açaraq orada olan əşyaları döşəməyə tulladım. Sonra törətdiyim cinayətin izini itirmək məqsədi ilə mənzildən çıxarkən Turala məxsus “Samsung” markalı telefonu, pivə içdiyim boş şüşə qabı, içərisində su və meyvə şirəsi olan qabları, əlim dəydiyi bir ədəd foto albomu, Turala məxsus yaşıl rəngli şalvarı polietilen torbaya qoymaqla özüm ilə götürdüm. Barmaq izlərinin qalacağından ehtiyat edərək, içdiyim boş şüşə qabı, içərisində su və meyvə şirəsi olan qabları, bir ədəd foto albomu, Turala məxsus yaşıl rəngli şalvarı özüm ilə həmin əşyaları yolda tullamaq məqsədi ilə götürmüşdüm. Mənzildən çıxarkən götürdüyüm açarla mənzilin qapısını bağladım. Bundan sonra Bakı şəhərinə getmək üçün piyada şəhər avtovağzalına doğru getdim”.

Bəhrəm Dadaşovun sözlərinə görə, ilkin olaraq körpünün üstündən keçərkən brelokla birəşdirlmiş mənzilin açarlarını körpünün yanında üstü açıq dəmir trubanın içərisinə, fotoalbomu Kür çayına, şüşə və plastmas qabları parkdakı zibil qutusuna, Turala məxsus şalvarı isə dəmir lövhələrlə hasarlanmış yerə tullayıb: “Həmçinin yolda olarkən Turala məxsus telefondan GSM nömrələrini çıxardaraq qırdım və yadımda qalmayan yerə tulladım. İyunun 1-də, təxminən saat 16 -17 radələrində Hacıqabul şəhərinə yaşadığım evə qayıtdım. Turalı öldürdükdən sonra yuyandan sonra özüm ilə götürdüyüm bıçağı yaşadığım həyət evində olan yardımçı tikilidə olan ayaqqabı dolabında gizlətdim. Sonra işlətdiyim mobil telefon nömrəsini də qıraraq tulladım”.

Zərərçəkmiş: “Ağır cəza verilməsini istəyirəm”

Zərərçəkmiş şəxsin hüquqi varisi Mirvari Quliyeva bildirib ki, iyunun 2-də, saat 17 radələrində Mingəçevir şəhərində yaşadıqları evə gəlib: “Həmin vaxt Turalın mənzildə meyitin aşkar etdik. Hələ 2014-cü ilin may ayının əvvəllərində Turalın telefonla danışmasını gördüm, ondan kiminlə danışması ilə maraqlandım. Tural isə Hacıqabul rayonundan olan Bəhram adlı şəxslə tanış olduğunu bildirdi. Təqsirləndirilən şəxsi bağışlamamışam. Ona daha ağır cəzanın verilməsini xahiş edirəm”.

Şahid: “Turalın oğlanlardan xoşu gəlib”

Şahid qismində ifadə verən Elvin İbrahimovun sözlərinə görə, Turalla hər ikisi homoseksual olduqlarına görə tanış olublar: “Turalla münasibətlərimiz sonradan yaxşılaşıb. Turalın oğlanlardan xoşu gəlib, Tural kişi cinsli şəxslərlə cinsi əlaqədə olub, Tural da mənim kimi həm aktiv, həm də passiv homoseksual olub. Tural əsasən digər rayon və şəhərlərdən olan kişilərlə münasibət saxlayıb. Həmin şəxslərlə görüşüb, cinsi əlaqədə olub”.

Şahid Rəqsanə Həşimova bildirib ki, Turalın homoseksual olmasını öyrənib, onunla münasibətləri dostluq səviyyəsinə çatıb: “Lakin aramızda cinsi əlaqə olmayıb. Ümumiyyətlə Tural Mingəçevir şəhərindən olan oğlanlarla deyil, ətraf rayonlardan olan oğlanlarla görüşüb”.

“Cinsi əlaqədə olandan sonra Tural mənə pul verib”

Cinayət işi üzrə ifadə verən digər şahid Pərviz Rüstəmov bildirib ki, Tural Quliyevlə 2014-cü ilin aprel ayında internetdə “odnoklassniki” sosial şəbəkəsi vasitəsi ilə tanış olub: “Tural mənimlə əvvəl qız adı ilə danışıb, sonradan adının Tural olmasını və Mingəçevir şəhərində yaşamasını, oğlanlardan xoşu gəldiyini bildirib. Bundan sonra Turalla telefon vasitəsi ilə əlaqə saxlamışam. Turalla yaxın münasibət qurmaqda məqsədim cinsi tələbatını ödəmək və buna görə qazanc əldə etmək olub. Çünki cinsi əlaqədə olandan sonra Tural mənə pul verib. Mayın 31-də Turalın dəvəti ilə mənə almış olduğu mobil telefonu götürmək məqsədi ilə onlara getdim. Həmin vaxt Tural mənzildə tək olub. O, anasının, gəlinlərinin və qardaşının İran Respublikasında olduğunu bildirdi. Mənzilə gəldikdən sonra tərlədiyimdən hamam otağında yüngül yuyundum və sonra Tural ilə cinsi əlaqədə oldum. Cinsi əlaqədə olandan sonra Tural ilə bir qədər söhbət etdim və oradan getdim”.

“Tural qəbiristanlıqda Quran oxumaqla mollalıq edib”

Elçin Əliyevin sözlərinə görə, Tural Quliyev ilə qonşu olub: “Turalı işlətdiyim dükanın müştərisi kimi tanımışam. Tural qəbiristanlıqda Quran oxumaqla mollalıq edib. Turalın ailə üzvlərini, Rəqsanəni və homoseksual olan İmanı tanımışam. Turalın digər tanışları barədə məlumatım olmayıb. 2014-cü ilin əvvəllərində Tural Quliyev məndən kreditlə dəyəri 600 manata yaxın olan “Samsung Galaxy” markalı mobil telefon alıb”.

Ruslan Səlimov bildirib ki, Turalı uşaqlıq vaxtlarından tanıyıb. Onun sözlərinə görə, Turalın homoseksual olmasını eşidib, amma bu barədə dəqiq məlumatı olmayıb. Şahidin ifadəsinə görə, Tural bir çox vaxtlar ona müraciət edərək borca pul alıb və vaxtında qaytarıb. O, bildirib ki, Bakı şəhərində olan zaman Turalın qətlə yetirilməsini eşidib.

Hakimlər cinayət işi üzrə çoxsaylı şahid ifadələrini dinləyib, cinayət işində olan sənədləri araşdırandan sonra Bəhrəm Dadaşovun barəsində 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin ediblər.

Hökmdən narazı qalan Bəhrəm Dadaşovun vəkili Tural Həsənov apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Müdafiəçinin şikayəti araşdşırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayəti üzrə araşdırma aparan hakim kollegiyası Bəhrəm Dadaşovun cəzasının yüngülləşdirilməməsi barədə nəticəyə gəliblər.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR