Sabirabada qohumunu öldürən şəxs tutuldu
Bizi izləyin

Hadisə

Sabirabada qohumunu öldürən şəxs tutuldu

Sabirabad sakinini öldürən qohumu həbs olunub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-də Sabirabad rayonunun Yaxa-Dəllək kəndindən kənd sakini Vüqar Hacıyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən onun bacısı oğlu Cavad Hacıyev tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm