Sərnişinin öldüyünü görüb hadisə yerindən qaçdılar - GƏNCƏDƏ
Bizi izləyin

Hadisə

Sərnişinin öldüyünü görüb hadisə yerindən qaçdılar - GƏNCƏDƏ

Gəncədə ölümlə nəticələnən ağır qəza baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə mayın 3-də saat 6 radələrində şəhərin Totanlı küçəsində baş verib.

“VAZ- 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı divara çırpılıb. Nəticədə, avtomobildə olan sərnişinlərdən biri, 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Məhəmməd Seyidəli oğlu Əzizov aldığı xəsarət nəticəsində hadisə yerindəcə ölüb. Sürücüsünün şəxsiyyəti hələ ki, müəyyənləşməyən avtomobildə daha üç sərnişin də olub. Qəza baş verdikdən sonra sürücü və avtomobildə olan digər sərnişinlər hadisə yerindən qaçıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm