Şagirdini xilas edərkən Kürdə batan müəllimin cəsədi 5 ay sonra tapıldı
Bizi izləyin

Hadisə

Şagirdini xilas edərkən Kürdə batan müəllimin cəsədi 5 ay sonra tapıldı

Ötən ilin dekabr ayının 7-də səhər dərs dediyi məktəbə gedərkən Kür çayının Sabirabaddan keçən hissəsində körpüdən suya düşüb batmaqda olan maşından 9 yaşlı məktəbli Güldəstə Hüseynovanı xilas etsə də özü sulara qərq olmuş 57 yaşlı müəllim Əhliman Hüseynovun cəsədi bu gün tapılıb.

Cəsəd müəllimin batdığı yerdən 3 km aralıda - Sabirabad rayonunun Məmişlər kəndində çayda balıq tutan kənd sakinləri tərəfindən aşkarlanıb. Cəsəd balıqçıların qarmağına ilişib. Yaxınları onu paltarlarından tanıyıb.

Xatırladaq ki,FHN-in müvafiq qurumları və yerli sakinlərin axtarışları bu 5 ayda bir gün olsun dayanmayıb.

Onu da qeyd edək ki, Cavad kənd sakini olan mərhum əmək təlimi müəlliminin mənzil şəraitinin çətin olduğunu öyrənən kimi Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Hüseynovlar ailəsi üçün yeni ev tikilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm