• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İki bacı qatili olan qardaşlardan ŞOK xəbər

  • Hadisə
  • 4 May 2015 09:50
  • 1 434 Baxış
İki bacı qatili olan qardaşlardan ŞOK xəbər

2007-ci ildə Dəvəçidə (Şabran) azyaşlı bacıların qətlinə görəhəbs olunan qardaşların daha birindən xəbər var.

Axar.az-a verilən məlumata görə, Nailə və Reyhanə Məcidova bacılarının ölümünə görə 4 il azadlıqdan məhrum edilmiş Elçin İsmayılov bu günlərdə toyların birində dava salıb. Bir neçə gün əvvəl onun digər qardaşı, 6 il məhkum olmuş Elnur İsmayılovun qeyri-rəsmi yaşadığı Çiçək Alıyevanı qətlə yetirdiyini xəbər vermişdik. Bu yaxınlarda isə Elçin İsmayılov qalmaqal yaradıb, iştirak etdiyi toy məclisində dava salıb. Nəticədə toy sahibləri onu məclisdən döyərək çıxarıblar.

Xəbərdə iddia olunur ki, onu şəhər kənarında ağaca bağlanmış vəziyyətdə bir nəfər tapıb, qollarını açıb. Hirsi soyumayan Elçin qəzəbli şəkildə evə gələrək acığını azyaşlı qızından və həyat yoldaşından çıxıb, onları döyüb, uşağın saçını dibindən qoparıb. İsmayılov qardaşlarını xarakterizə edən mənbəmiz bildirir ki, onlar hamıdan təcrid olunmuş, potensial cinayətkar kimi tanınır. İki bacının qətlində təqsirləndirilən digər qardaş isə Təvəkkül İsmayılovdur ki, ona da ömürlük həbs cəzası verilib. Qaynağımız deyir ki, Elnur yaşadığı qadını öldürdüyü üçün yenidən həbsxanaya qayıdıb, Elçin isə ailəsinə qarşı etdiyi zorakılığa görə hələ məsuliyyətə cəlb olunmayıb.

Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov qəsdən adam öldürmə, zorlama, adam oğurluğu və digər maddələrlə təqsirli bilinərək ömürlük həbs cəzası, Elnur İsmayılov 144.3 (adam oğurluğu), 29, 149.3.3 (zorlama), 178.2.4 (dələduzluq) maddələri ilə bəraət alaraq, 221.2.1 (xuliqanlıq) maddəsi ilə 6 il həbs cəzası, Elçin İsmayılov isə 149.2.3 (zorlama), 221.2.1 (xuliqanlıq) maddələri ilə bəraət alaraq, 221.2.2 (xuliqanlıq) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdi.

Azyaşlı Nailə və Reyhanə bacıları 2007-ci ilin avqustunda Dəvəçi rayonunun Dağ Bilici kəndində oğurlanaraq qətlə yetirilmişdilər. İsmayılov qardaşları istintaqa bacıları rayon polis rəisinin sifarişi ilə oğurladıqlarını bildirmişdilər. Lakin buna heç bir dəlil gətirilməmişdi. İttiham olunan İsmayılov qardaşlarının Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları üzə çıxmışdı.

Nailənin meyiti Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlandı. Reyhanənin meyiti isə tapılmadı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR