Qərb bölgəsini su basdı
Bizi izləyin

Hadisə

Qərb bölgəsini su basdı

Qərb bölgəsində yağan güclü leysan Samux və Şəmkir rayonlarına ziyan vurub.

Samux rayon Fövqəladə Hallar Komissiyasının sədri Tahir Qarayevin Pubika.az-ın Qərb bürosuna verdiyi məlumata görə, ötən gecə yağan güclü yağış nəticəsində əsasən rayonun Kürətrafı kəndlərinə, həmçinin rayonun Gürcüstanla sərhəd olan Burunqovaq, Salahlı, Lüksemburq və digər kəndlərdə fərdi təsərrüfatlara ciddi ziyan vurub. Gürcüstan tərəfdən gələn sel kəndlərdəki əkin sahələrinə və yaşayış evlərinə dolub. Bəzi kənd sakinlərinə məxsus mal-qara tələf olub. T. Qarayev onu da bildirdi ki, hazırda aidiyyatı qurumlar tərəfindən leysan olan bölgədə çalışmalar aparılır və ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Güclü yağış Şəmkir rayonunun Seyfəli kəndinə də ciddi ziyan vurub. Dağlardan gələn sel suları evləri və həyətyanı sahələri basıb. Kənd yolları yararsız hala düşüb. Onlarla iri və xırdabuynuzlu heyvan tələf olub. Şəmkir rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Fövqəladə Hallar Komissiyası gecə saatlarından başlayaraq kənddə fəsadların aradan qaldırılması istiqamətində işlər aparır. Texnikanın və işçı qüvvələrinin gücü ilə yollar təmizlənir, evlərə və həyatyanı yerlərə dolan sular boşaldılır.

Kəndə dəymiş ziyan hesablanır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm