Kişi qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı
Bizi izləyin

Hadisə

Kişi qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı

Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Publika.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, mayın 3-də saat 20:20 radələrində Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevaya bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Lətif Yasəf oğlu Babayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm