Sürücünün boğazına tros keçirdi, maşınını qaçırdı
Bizi izləyin

Hadisə

Sürücünün boğazına tros keçirdi, maşınını qaçırdı

Bakıda sürücünün boğazına tros keçirib boğmaq istəyən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Publika.az-a verilən məlumata görə, mayın 1-də saat 11 radələrində Ziya Bünyadov prospektində naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Şövkət Cəfərovun idarə etdiyi “KİA” markalı avtomobilə əyləşərək Albalılıq massivinə gedib, orada Cəfərovun boğazına dəmir tros ataraq boğmağa başlayıb. Daha sonra sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və avtomobili qaçırıb.

Saat 12:10 radələrində isə cinayətkar avtomobili Heydər Əliyev prospektində maneəyə vuraraq hadisə yerindən uzaqlaşıb.

Bakı şəhər Baş Polis İdarəsi, Xəzər rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rüfət Əhliman oğlu Rəhimov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm