Hadisə
Bulvarda dava: ofisiantlar müştəri üstündə əlbəyaxa oldular
Bakıda Dənizkənarı Milli Parkda yerləşən restoranlardan birinin ofisiantları arasında kütləvi dava baş verib.
"Report"un məlumatına görə, əvvəlcə restorandakı xarici ölkə vətəndaşı olan müştəriyə qulluq etmək üstündə ofisiantlar arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Restorandan bayıra çıxan ofisiantlar Dənizkənarı Milli Parkın ərazisindəki ictimai yerdə bir-birilərinin ünvanına təhqiramiz ifadələr işlədərək dava ediblər. Hadisədən sonra dava edən ofisiantlar ərazidə xidmət aparan polislər tərəfindən oradan uzaqlaşdırılıb.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində araşdırma aparılır.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular