Keçmiş nazirin qohumunu arvadı və qızı öldürübmüş – ŞOK
Bizi izləyin

Hadisə

Keçmiş nazirin qohumunu arvadı və qızı öldürübmüş – ŞOK

Ötən il sentyabrın 1-də qətlə yetirilən Füzuli Haqverdi oğlu İsgəndərovun ölümü ilə bağlı istintaqın nəticəsi sensasiya sayıla bilər.

Axar.az xəbər verir ki, 8 aydır istinaqı aparılan keçmiş məmurla bağlı sübutlar açıqlanıb. Belə ki, 2014-cü il avqustun 29-da F.İsgəndərov qızına təmtəraqlı toy etmişdi. Ehtimal olunurdu ki, qızının toyundan iki gün sonra qətlə yetirilməsinin məqsədi soyğunçuluqdur. Maskada olduğu bildirilən qatil sentyabrın 1-də Nizami rayonu, Babək prospekti-17 ünvanında yaşayan 1964-cü il təvəllüdlü F.İsgəndərovu evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurmaqla amansızlıqla qətlə yetirmişdi. Qatilin daha sonra evə girdiyi və Füzuli İsgəndərovun xanımını boğmağa başladığı, bu zaman üzündən maskası düşdüyü və bundan sonra qadını buraxaraq qaçıb getdiyi iddia olunurdu.

İstintaq isə o nəticəyə gəlib ki, F.İsgəndərovu elə öz xanımı və qızı qətlə yetirib. Report-un məlumatına görə, Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova və Ə.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. O həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm