• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıda qəza: qaldırıcı kran aşdı - VİDEO

  • Hadisə
  • 6 May 2015 09:13
  • 1 981 Baxış
Bakıda qəza: qaldırıcı kran aşdı - VİDEO

Bakının Yasamal rayonu ərazisində qəza hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın İnşaatçılar prospekti 31 ünvanında, Dövlət Statistika Komitəsi qarşısında səhər saatlarında baş verib.

Qəza ərazidəki reklam lövhəsini götürmək üçün gələn qaldırıcı kranın aşması nəticəsində meydana gəlib.

Hadisə yerinə hazırda BŞİH-in işçiləri cəlb olunub, qaldırıcı kranın və reklam lövhəsinin götürülməsi üçün işlər aparılır.

Hadisə ərazisində avtomobillər olsa da, heç birinə zərər dəyməyib. Eləcə də qaldırıcı kran uzaqdan idarə edildiyi üçün kabinə boş olub və bu səbəblə də xəsarət alanın olmadığı bildirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, məlum qəza ilə əlaqədar olaraq yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yola aşmış texnikanın ərazidən götürülməsi üçün iş aparılır.


Xəbər lenti

DAHA ÇOX XƏBƏR