Xaçmaz rayonunun 5 kəndi ilə əlaqə kəsilib - FOTO
Bizi izləyin

Hadisə

Xaçmaz rayonunun 5 kəndi ilə əlaqə kəsilib - FOTO

Ötən gündən başlayan güclü yağış Xaçmazda daşqınlara səbəb olub.

Axar.az-a rayondan verilən xəbərə görə, mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Ağçaydakı daşqın çayın üzərində tikilən bəndi və piyada körpüsünü yuyub aparıb.

Xaçmaz rayonunun Alıcıqışlaq, Qaraçaycek, Qaracıkzeyid, Asağızeyid və Qədimalıqışlaq kəndləri ilə gediş-gəliş çətinləşib. Məlumata görə, Quba rayonun bəzi kəndlərindəki torpaq sahələri də daşqından ciddi ziyan görüb.

Ağyazıbuduq kənd sakinləri bildiriblər ki, 200 ha torpaq sahəsi Ağçay üzərindəki bənd vasitəsilə sulanırdı. Bənd dağıldığı üçün bu mövsüm həmin torpaq sahələrinin suvarılması qayğısı indidən sakinləri narahat edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm