Arvadı tərəfindən öldürülən məmurun qətlində ŞOK DETAL
Bizi izləyin

Hadisə

Arvadı tərəfindən öldürülən məmurun qətlində ŞOK DETAL

“Həmin gün Füzuli İsgəndərovla həyat yoldaşı Xalidə arasında möhkəm mübahisə olubmuş. Bu söz-söhbət axırda qadının ərini bıçaqlamasına gətirib çıxarıb. Mərhum aldığı iki bıçaq zərbəsindən sonra yaralı vəziyyətdə qaraja qaçıb ki, maşına oturub xəstəxanaya özünü çatdırsın. Ancaq arxasınca gələn arvadı qarajda bıçaqla xeyli sayda zərbə vuraraq onu amansızcasına qətlə yetirib. Sonra qarajı qandan təmizləyib, yuyub, meyiti bir kənara qoyub, yatmağa gedib. Sanki heç nə olmamış kimi sakit şəkildə evə qayıdıb”.

Bu məlumatı Axar.az-a istintaqa yaxın mənbə verib. O, sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovun qətlinin detallarını açıqlayıb. Qaynağımız qeyd edib ki, mərhumun yaxınları Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə işin nəzarətə götürülməsi xahiş olunub. Baş prokuror işin araşdırılmasını nəzarətə götürəndən sonra qatilin kimliyi müəyyən olunub.

Onu da deyək ki, istintaqın nəticəsi barədə aylar əvvəl qohum-əqrəbada şübhələr olub. Yaxınları hadisənin törədənlərin kimliyini ehtimal etsə də, sübuta yetirə bilməyiblər.

Qeyd edək ki, F.İsgəndərovun həyat yoldaşı X.İsgəndərova həbs olunub. Onun psixoloji problemləri olduğu bildirilir.

Yada salaq ki, 2014-cü il avqustun 29-da F.İsgəndərov qızına təmtəraqlı toy edib. İstintaqın ilk günlərdə ehtimalı belə idi ki, qızının toyundan iki gün sonra qətlə yetirilməsinin məqsədi soyğunçuluqdur. Cani toyda külli miqdarda pul yığıldığı düşüncəsində olub. Cinayət Nizami rayonu, Babək prospekti-17 ünvanında baş verib.

F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini işləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm