Bakının simvoluna təhqir: Qız qalasında lüt kişi – FOTOLAR
Bizi izləyin

Hadisə

Bakının simvoluna təhqir: Qız qalasında lüt kişi – FOTOLAR

Bakıda istirahət edən turistlərdən biri Qız qalasında lüt soyunaraq şəkil çəkdirib.

Publika.az-ın məlumatına görə, adı tam bəlli olmayan şəxs fotoları may ayının 6-da @myassthetics instaqram səhifəsində yerləşdirib. Şəkildə Alov qülləsinə tərəf dayanaraq "Qız qalasının başında bir qız axtarıram" şərhi ilə paylaşılıb.

İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsindən Publika.az-a hadisədən xəbərdar olduqları, bununla bağlı yaxın saatlarda rəsmi məlumat açıqlanacağı bildirilib.

Qeyd edək ki, profilindən də göründüyü kimi, bu şəxs, demək olar ki, bütün şəkillərini bu formada - çılpaq çəkdirir. Belə ki, onun dünyanın müxtəlif yerlərində - dağlarda, çayda, idman stadionlarında olan fotoları mövcuddur. Bunların heç birində də onun üzü görünmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm