Bakıda "Shagman" 7 avtomobili əzib keçdi – VİDEO
Bizi izləyin

Hadisə

Bakıda "Shagman" 7 avtomobili əzib keçdi – VİDEO

Svetofora yaxınlaşdıqda dayana bilməyən yük maşını minik avtomobillərini bir-birinə çırpıb.

Avtosfer.az Bakıda baş vermiş daha bir ağır yol qəzasının videosunu təqdim edir. Yük avtomobilinin törətdiyi qəza anbaan Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarına düşüb. Videodan görünür ki, «Shagman» markalı yük avtomobili yüksək sürətlə hərəkət edir.

Sürücü qarşıda svetoforun qırmızı işığının yandığına əhəmiyyət vermədən sürəti azaltmaq əvəzinə, elə o sürətlə də hərəkəti davam etdirir. Nəticədə svetoforda dayanan ən azı 7 avtomobili bir anda əzən «Shagman» səkiyə çıxır və ağaclara dəyərək dayanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm