Bakıda yandırılan polisin ailəsi danışdı - FOTO
Bizi izləyin

Hadisə

Bakıda yandırılan polisin ailəsi danışdı - FOTO

Bakıda qətlə yetirilərək yandırılan İmişli Rayon Polis Şöbəsinin əməkdaşının ölümünün təfərrüatı açıqlanıb.

Axar.az xəbər verir ki, 1988-ci il təvəllüdlü mərhum Muxtar Kazımovun yaxınları həmkarı tərəfindən öldürülən gəncin cinayətində başqalarının iştirakını iddia ediblər.

Onlar deyiblər ki, M.Kazımovu iş yoldaşı Ravil İbayev öldürüb. Həmçinin iddia edirlər ki, o, cinayəti tək törətməyib. Musavat.com-a geniş danışan mərhum polisin anası Tahirə Kazımova bunları deyib:

“Özü də etiraf edir ki, əvvəldən bıçaq, sellofan və idman çantası alıb. Bunları ona görə alıb ki, oğlumu öldürsün və sonra sellofana büküb çantaya qoyub aparıb gizlətsin. Yalandan deyir ki, guya oğlumu tamah məqsədi ilə öldürüb. Buna inanmıram.

Ona görə ki, Ravilin atası Nuruşun milyonları var. Onun bir neçə daş karxanası, çoxlu yük daşıyan ”KamAZ"ı və başqa obyektləri var. Oğlunu Polis Akademiyasına qoydurub. Bakıda 4-5 yerdə evi, oğlunun, özünün, qızlarının hər birinin maşınları var.

Belə bir adamın oğlu hansısa 15 min manata görə belə amansız qətl törətməz. Bu işin altında başqa məqamlar var. O, cinayəti kimlərləsə məsləhətləşərək törədib".

***

Bacısı Əfsanə Məmmədli: “İfadəsində bildirib ki, onu boynundan, ürəyindən və qabırğasından bıçaqla vurub. Yerə yıxılandan sonra Muxtar Ravilə deyib ki, pulları götür, məni xəstəxanaya çatdır.


Ravil pulları götürüb, amma qardaşımı xəstəxanaya çatdırmayıb. Paltarlarındakı qanı yuyub, ütüləyib və qardaşımın meyitini əvvəlcədən aldığı idman çantasına yerləşdirmək istəyib.

Görüb ki, alınmır. Evdən çıxıb, yaxınlıqdakı “moyka”ya gedib. Orda işləyən bir yeniyetmə oğlana deyib ki, ona bir iri sandıq tapsın. Sandığa evdəki maşın ehtiyat hissələrini yığacaq.

O da tapıb. Ravil maşın yuyanın köməyi ilə qardaşımın meyiti olan sandığı 8-ci mərtəbədən endirib və Hövsana aparıb. Orada üstünə benzin tökərək yandırıb".

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm