• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dəhşətli qətlin üstü açıldı: Daha bir sevgi cinayəti - VİDEO/FOTO

  • Hadisə
  • 8 May 2015 00:45
  • 2 135 Baxış
Dəhşətli qətlin üstü açıldı: Daha bir sevgi cinayəti - VİDEO/FOTO

Apelin 25-də rayonun Əlimərdanlı kədində baş vermiş ağır cinayətin üstü açılıb.

Tovuz rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, aparılan istintaq zamanı mərhumun həyat yoldaşı Ruziyə Hüseynova və qardaşı Akif Hüseynov qətldə təqsirli bilinərək saxlanılıblar. Onların qətli müştərək formada törətdikləri bildirilir. İlkin məlumata görə, qətlə Akiflə Ruziyə arasında olan gizli sevgi səbəb olub. Akiflə Ruziyənin uzun müddət bir birlərini sevdikləri bildirilir. Lakin bu sevgidən xəbəri olmayan böyük qardaşı Müşviqin də Ruziyədə könlü olub və onu qaçıraraq ailə həyatı qurub. Onlar 16 il bir yerdə yaşayıblar. Bu zamana qədər ailə həyatı qurmayan Akif isə Müşviqdən gizli formada 10 yaşı bir oğlu və 13 yaşlı bir qızı olan Ruziyə ilə münasibətlərini davam etdirib. Bu müddət ərzində Müşviq öz ailəsi və qardaşı Akiflə birgə öz ata evlərində qalıblar.

Xatırladaq ki, mərhumun həyat yoldaşı istintaqa verdiyi ifadədə bildirmişdir ki, əri 3 ay əvvəl işləmək üçün Rusiyaya gedib. Aprelin 7-də isə rayona qayıdıb. Aprelin 24-də isə həyat yoldaşı ona yarım saatlıq işi olduğunu deyərək evdən çıxıb. Səhərisi gün isə qətlə yetirildiyini bilib. Cəsədin aşkarlandığı kənd qəbiristanlığının yaxınlığından keçən çobanlar “VAZ-2106” markalı avtomobili görüblər. Avtomobilin kimə məxsus olduğunu bilən çobanlardan biri mərhumun qardaşına zəng vuraraq bu haqda xəbər verib. Hadisə yerinə gələn qardaşı avtomobilin yük yerini açanda orada qardaşının meyitini görub polisə məlumat verib.

Qeyd edək ki, Tovuzun Əlimərdanlı kənd sakini, 1972-ci il təvəllüdlü Müşfiq Hüseynov baş nahiyəsindən iki dəfə güllələnərək qətlə yetirilib.

Sami Süleymanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR