• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Göyçayda DƏHŞƏT: ata və iki uşağı yanıb öldü

  • Hadisə
  • 8 May 2015 09:51
  • 957 Baxış
Göyçayda DƏHŞƏT: ata və iki uşağı yanıb öldü

Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə nəticələnən dəhşətli hadisə baş verib.

Hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Z.Bünyadov küçəsində, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Laçın qızına məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, onun iki övladı - 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı yanaraq ölüb.

Hazırda yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır (APA).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR