• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanda səs-küylü qətlin qaranlıq sirləri: xəyanət, pul, məşuqələr, qisas və intihar...

  • Hadisə
  • 8 May 2015 11:05
  • 1 443 Baxış
Azərbaycanda səs-küylü qətlin qaranlıq sirləri: xəyanət, pul, məşuqələr, qisas və intihar...

Xəyanət, sürəkli yalanlar, çoxlu pul və tamah, axırda da intihar. Bunlar bir yerə cəm olanda Azərbaycanda son illərin ən qanlı, həm də ən müəmmalı cinayəti yaşana bilər. Rayonda böyüklüyü və dəbdəbəsinə görə ”şadlıq sarayı” adlanan malikanə özündə çox sirlər gizlədir ki, biz onları azacıq da olsa, açmağa başlayırıq. Üç gün əvvəl Ağcabədidəki malikanəsində, yataq otağında, arvadının yanında baltalanan, qanını yerdə yatan balalarına bələdən iş adamının qətli müəmmalarla doludur.

Bir ölümün qat-qat gizlinləri

Aşağı Avşar kəndində baltalanaraq öldürülən 30 yaşlı Saqibət Qədimovun ölümünü diqqətdə saxlayaraq daha ciddi məlumatlar əldə etdik.

Qətl baş verən vaxta kimi S.Qədimov Bakıda yaşayırmış. Həmin gün öz ailəsi ilə mərhum dayısının il mərasimi üçün kəndə gəlib. Elə həmin gecə onun evində son günü olub. Həyat yoldaşı və iki azyaşlı övladı ilə evin birinci mərtəbəsində yatan S.Qədimovu balta ilə qətlə yetiriblər. S.Qədimovu öldürən zaman səsə həyat yoldaşı oyanıb. Xanımın dediyinə inansaq, o, əlində balta olan şəxsi yalnız yataq otağının qapısından çıxarkən görüb. Hadisədən sonra istintaqçılar evin hər tərəfində quraşdırılmış 8 videomüşahidə kamerasına baxsalar da, onların söndürüldüyünü görüblər.

Hadisənin cərəyan etdiyi, ”şadlıq sarayı” adlanan, hündür hasarla əhatələnmiş malikanəyə cinayətkarın belə asan girib-çıxması, kameraların söndürülməsi təcrübəli istintaqçıları cinayətkarı “içəridə” axtarmağa sövq edib. Bu arada mərhum S.Qədimovun qayınatası, eyni zamanda dayısı Səhliman kişinin də Milli.Az-a qətllə bağlı qarışıq açıqlaması şübhə yaratmışdı. O: “Hələ ki heç nə məlum deyil. Rəis, prokuror hamısı burada. Evdən heç nə aparmayıblar, evin kameralarını kəsiblər. Bizə də hər şey qaranlıqdır. Sənin başqa işin yoxdur? Biz nə hayda, sən nə hayda”, - deyərək telefonu söndürmüşdü.

Qətldən sonra intihar...

Bu gün məlumat əldə etdik ki, qanlı hadisəni törədən şəxs məhz həmin Səhliman kişinin 26 yaşlı oğludur. Milli.Az Ağcabədi rayonunun hüquq-mühafizə orqanlarından öyrənib ki, S.Qədimov Bakı şəhərində gürcüstanlı bir qızla qeyri-rəsmi sevgi münasibətində olub. Onun üçün də dəbdəbəli şərait yaradıb.

Eyni zamanda, ilinə getdiyi dayısının dul həyat yoldaşı ilə də şübhəli münasibəti olub. Buna görə qaynı Cavid İsmayılov dəfələrlə ona bütün kənddə söz-söhbətin yayıldığını, özünü ədəbli aparması barədə xəbərdarlıq edib. Görünür, onun dediklərinə S.Qədimov əhəmiyyət verməyib və qətl hadisəsi baş verib.

Hazırda C.İsmayılov şübhəli şəxs kimi saxlanılıb. Rayon Prokurorluğundan, israrlı zənglərimizə baxmayaraq, açıqlama almaq mümkün olmadı. Son anda kənd sakinlərindən aldığımız məlumata görə, S.Qədimovun qətlini eşidən Bakıdakı gürcüstanlı sevgilisi intihar edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR