Səfirimiz ölümdən döndü – HELİKOPTER QƏZASI
Bizi izləyin

Hadisə

Səfirimiz ölümdən döndü – HELİKOPTER QƏZASI

Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb.

“Bangkok Post” nəşrinin yazdığına görə, qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.

“Dawn” qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə, iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün "Twitter" səhifəsində yazıb ki, qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş.

"Pakistanda vertolyot qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə vertolyota minməyib", - deyə H. Məmmədzadə qeyd edib.

(APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm