24 yaşlı qız Türkiyəyə qaçdı
Bizi izləyin

Hadisə

24 yaşlı qız Türkiyəyə qaçdı

24 yaşlı Qusar şəhər sakini itkin düşüb.

RTV (REGİON TV) xəbər verir ki, Rayonun Köhnə-Xudat qazmalar kəndində yaşayan Xamətova (Şahvələdova) İnci İmran qızı 18 aprel, 2015-ci il tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb. İnci Xamətova evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsi və 50 manat pul da götürüb.

Qusar polisindən Milli.Az-a bildirildi ki, itkin düşdüyü deyilən qızla bağlı məsələyə aydınlıq gəlib. Belə ki, ailəsi şikayət ərizəsini geri götürüb. Bildirilib ki, İnci hazırda Türkiyədədir. O, qardaş ölkəyə ailə quraraq gedib.

Qeyd edək ki, sevgilisinə qoşulub qaçan qız ailəli olub və bir müddət əvvəl boşanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm