Sərxoş sürücü avtomobilini körpüdən aşırdı
Bizi izləyin

Hadisə

Sərxoş sürücü avtomobilini körpüdən aşırdı

Bu gün saat 18 radələrində Şəmkir rayonunun Keçili kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, kənd sakini 1971-ci il təvəllüdlü Faiq Alıyev idarə etdiyi "VAZ-21011" markalı avtomobili Şəmkir çayı üzərindəki körpüdən dərinliyi 25 metrə yaxın olan dərəyə aşırıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, 1967-ci il təvəllüdlü Akif Rzayev ağır bədən xəsarətləri alblar. Hər iki yaralı hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə qrupunun əməkdaşları tərəfindən dərədən çıxarılaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Şöbədən onu da bildirdilər ki, sürücü avtomobili idarə edərkən sərxoş halda olub və bu səbəbdən idarə etməni itirərək qəza törədib.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.1 ( nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm