Gəncədə polis mayoru intihar edib (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Gəncədə polis mayoru intihar edib (YENİLƏNİB)

Gəncədə polis mayoru damarlarını kəsərək intihar edib.

Bu barədə Publika.az-ın Qərb bürosuna Gəncə şəhər Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə dünən günorta saatlarında baş verib. Gəncə şəhər Baş Polis İdarəsində Katibliyin rəisi olan mayor Mahal Mikayılov özünə məxsus avtomobildə qol damarının kəsilmiş vəziyyətdə aşkarlanıb. Dərhal M. Mikayılov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını qurtarmaq mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mərhumun qardaşı oğlu Cavid Mikayılov Publika.az-la əlaqə saxlayaraq əmisinin ölümünün intihar olması versiyasını təkzib edib: “Əmimin ölümü intihar kimi göstərilir. Amma o, təmkinli şəxs olub. Onun iş yerində də heç bir problem olmayıb. Bu səbəbdən də, bu faciənin intihar olduğuna inanmıram. Güman edirəm ki, istintaqın yekunlaşmasını gözləməliyik”.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm