Göygöl sakini Gəncədə vuruldu
Bizi izləyin

Hadisə

Göygöl sakini Gəncədə vuruldu

Mayın 12-də axşam saatlarında Gəncə-Göygöl avtomobil yolunun 1-ci km-də piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü Əfruz Mədət qızı İsgəndərova yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobillə vurulub. Yaralı qadın dərhal hadisəni törədən sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirildi ki, hazırda yaralının vəziyyəti ağırdır və əməliyyata alınıb.

Faktla bağlıCinayət Məcəlləsinin 263.1 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurduqda) maddəsi ilə iş açılıb.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm