Rusiyada dəhşət: Qadını yemək üçün diri-diri basdırdı - FOTO
Bizi izləyin

Hadisə

Rusiyada dəhşət: Qadını yemək üçün diri-diri basdırdı - FOTO

Rusiyada Natalya Pasternak adlı bir qadın meşə ərazisində qanlar içində diri-diri basdırılmış halda tapılıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, qadını basdıran bir ayı olub.

İki uşaq anası 55 yaşındakı Natalya meşədə ayının hücumundan sonra huşunu itirib. Ayı qadını daha sonra özünə yem etmək üçün diri-diri basdırıb. Natalyanın evə gəlmədiyini görən yaxınları onu axtarmağa başlayıb. Pasternak qanlar içində torpaq və yarpaqların altında basdırılmış halda tapılıb.

Qadın xəstəxananaya aparılıb. Onu yemək üçün basdıran 4 yaşlı dişi ayı isə öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm