Borca görə saxlanılan iş adamlarından 14-ü sərbəst buraxılıb
Bizi izləyin

Hadisə

Borca görə saxlanılan iş adamlarından 14-ü sərbəst buraxılıb

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən külli miqdarda kredit borcu olduğuna görə saxlanılmış iş adamlarından 14 nəfəri azadlığa buraxılıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, buna səbəb həmin şəxslərin kredit borclarını tam ödəməsidir.

Qeyd edək ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək qaytarmayıblar. Buna görə də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb və bəzi iş adamları cəlb ediliblər.

Bu cinayət işi çərçivəsində Nərimanov rayon Məhkəməsi tərəfindən "PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda böyük məbləğdə kredit borcu olan "Avesta" Holdinqin sahibi İbrahim Nehrəmli istintaqa cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm