Azərbaycana bağırsaqda və corabda narkotik vasitələr keçirmək istədilər
Bizi izləyin

Hadisə

Azərbaycana bağırsaqda və corabda narkotik vasitələr keçirmək istədilər

İrandan Azərbaycana bağırsağında və corabında narkotik vasitələr keçirmək istəyən şəxslər tutulub.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Aqşin Ağayevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 49,996 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı İlkin Mahmudovun üzərində şəxsi yoxlama zamanı onun ayağındakı corabların hər birinin içərisində cəmi 4 ədəd büküm olmaqla, ümumi xalis çəkisi 7,79 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm