Öldürülən məmurun ailəsindən ŞOK AÇIQLAMA - FOTO
Bizi izləyin

Hadisə

Öldürülən məmurun ailəsindən ŞOK AÇIQLAMA - FOTO

Sabiq maliyyə naziri Əvəz Ələkbərovun qohumunun qətlində mühüm məqamlar açıqlanıb.

Axar.az xəbər verir ki, Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini, ötən il sentyabrın 1-də xüsusi amansızlıqla öldürülən Füzuli İsgəndərovun işinə görə xanımı Xalidə İsgəndərova həbs olunub.

Ancaq X.İsgəndərovanın qardaşı Eldar İbrahimov geniş çıxışında qətllə bağlı fərqli nüanslardan danışıb. Mərhumun qayını virtualaz.org saytının redaksiyasına müraciət edib.

***

Onun sözlərinə görə, bacısı baş vermiş qətl hadisəsinin icraçısı yox, şahidi olub. E.İbrahimov bildirib ki, bacısına qarşı irəli sürülən bu ittihamlar əsassızdır:

“Bütün bunlar bacıma atılan şər-böhtandır, ona qarşı qurulan bir oyundur. O öz ərini niyə öldürməli idi ki?! İstintaq orqanları çox primitiv dəlil-sübuta əl atıb. Ötən il avqustun 29-da bacım Xalidənin qızı Bülbülün toyu olub. Toydan üç gün sonra - sentyabrın 1-də isə bu qətl hadisəsi baş verib”.

E.İbrahimovun dediklərinə görə, qətl günü bacısı xəstə anasına baş çəkmək üçün onlara getməyə hazırlaşıb. Evdə olan 14 yaşlı qızı Əmanəyə də deyib ki, nənəngilə gedirəm, atana çay-çörəyi sən verərsən.

“Xalidə həyat yoldaşı Füzulidən yolpulu istəyib. Füzuli də bacıma 50 manat verib. Xalidə ona avtobusa vermək üçün xırda pul lazım olduğunu deyib. Füzuli həm alıb qaraja qoyduğu qarpızı, həm də maşından xırda pul götürmək məqsədilə həyətdəki qaraja gedib. Bir qədər sonra Əmanə qarajdan səs gəldiyini və atasının kimisə söydüyünü eşidib (Qeyd edək ki, azyaşlı Əmanə İsgəndərli ilkin izahatında belə deyib - red.).

Bacım tez aşağı düşərək “Füzuli, Füzuli...” deyə ərini səsləyib. Həmin vaxt Füzulinin kiməsə “heç olmasa, arvad-uşağa dəymə” dediyini eşidib. Qaraja keçmək istəyəndə içəridə olan şəxs bacıma “yaxın gəlmə, səni öldürərəm, pul istədim, maşının açarlarını istədim - vermədi” deyib.

Səs-küyə Əmanə də gəlib. Evə hücum edən şəxs həm bacımı, həm də uşağı bıçaqla hədələyib. Bıçağı Əmanənin boğazına dirəyib, ana-baladan toydan yığılan pulları və qızıl-zinət əşyalarını tələb edib.

Xalidə qızılları ona verəndən sonra üstəlik pulqabıdakı 50 manatı da verib. Bacım deyir ki, Füzulini vuran şəxsin əli yaralı olub. Görünür, hadisədən əvvəl Füzuli ona müqavimət göstərmək istəyib. Ağır xəsarət alan yeznəmi təcili olaraq “Azərsutikinti” xəstəxanasına aparıblar. Amma həyatını xilas etmək mümkün olmayıb”, - deyə F.İsgəndərovun qayını bildirib.

***

Şikayətçinin dediyinə görə, hazırda iş Bakı Şəhər Prokurorluğunun müstəntiqi Müşfiq Abbasovun icraatındadır. E.İbrahimov 14 yaşlı Əmanənin qanuni nümayəndəsi olmadan prokurorluqda dindirildiyini deyib:

“Çox qəribədir ki, bu işdə qəfil dönüş baş verdi. Belə ki, bacım 2015-ci il, aprelin 13-də zərərçəkən kimi tanınıb. İki həftə sonra - aprelin 30-da isə müstəntiq zəng vuraraq bacımı və qızı Əmanəni prokurorluğa çağırıb.

Füzulinin bacısının əri Mahir Süleymanovla üzləşmə keçiriləcəyini deyib. Elə həmin gün də bacımı həbs ediblər”.

Azyaşlı Əmanə İsgəndərli açıqlamasında deyib ki, qatil qanlı vəziyyətdə olan bıçağı onun boğazına dirəyəndə anası Xalidə qorxuya düşüb: “Anam elə bildi ki, atamı öldürən adam mənim də boğazımı kəsib.

Onun əlindən bıçağı almaq istəyəndə anamın da əli kəsildi. O, anama hücum çəkib onu da bıçaqla hədələdi. Qızılları və pulu götürəndən sonra isə “təcili yardım çağır, pis vurmuşam, ərin indi öləcək” dedi. Sonra isə qaçıb getdi”.

X.İsgəndərovanın 79 yaşlı anası Xəyal İbrahimova ölkə başçısına müraciət edib:

“Mənim qızımı günahsız yerə həbs ediblər. Əgər bu qətli mənim qızım törədibsə, qoy cəzasını çəksin. Ölkə başçısına, Baş Prokurorluğa, DİN-ə müraciət etmişik. Bu işi yenidən araşdırsınlar.

- See more at: http://axar.az/news/52446#ad-image-0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm