• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Polis şadlıq evindəki kütləvi davadan danışdı

  • Hadisə
  • 18 May 2015 12:00
  • 649 Baxış
Polis şadlıq evindəki kütləvi davadan danışdı

Bakının “Şam bağı” restoranındakı toyda kütləvi dava ilə bağlı Axar.az-ın xəbərinə polis münasibət bildirib.

Nizami rayon Polis İdarəsindən bildirilib ki, davaya səbəb kişinin qadına söz atması olub.

“Toy zamanı kişi yarızarafat, yarı gerçək qadına söz atıb. Qadın kişinin sözünə kobud cavab verib. Nəticədə kişi onu vurub. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. Onların izahatı alınıb və evə buraxılıblar”.

Qeyd edək ki, toyda baş verən kütləvi davanın qarşısını şadlıq evinin mühafizəçiləri ala bilmədiklərinə görə, hadisə yerinə polis çağırılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR