Yanğında ölənlərin sayı 15-ə çatdı, 54 yaralı var - RƏSMİ/VİDEO (YENİLƏNİR)
Bizi izləyin

Hadisə

Yanğında ölənlərin sayı 15-ə çatdı, 54 yaralı var - RƏSMİ/VİDEO (YENİLƏNİR)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a bildirib ki, yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb, xəsarət alanlar isə 54 nəfərdər.

Yanğın nəticəsində yaralıların 32 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Şöbə müdiri Azər Maqsudovun Publika.az-a verdiyi məlumata görə, yerləşdirilənlərin 5-i azyaşlı uşaqdır.

“Uşaqlar 2 ay və 5-6 yaş arasındadır. Hazırda xəstələrin vəziyyəti orta ağır dəyərləndirilir. Xəstələrin siyahısı hazırlanıb, lakin hər an xəstələrin sayı artır. Yaxınları barədə narahat olanlar xəstəxanaya müraciət edir və onlara məlumat verilir”.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a bildirib ki, yanğın zamanı ölənlərin sayı 13 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdər.

Xəsarət alanların 30-u 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na, 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a bildirib ki, yanğın zamanı ölənlərin sayı 12 nəfərə çatıb, xəsarət alanlar isə 54 nəfərdər.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a bildirib ki, ölənlərin sayı 10 nəfərə çatıb, 43 nəfər isə xəsarət alıb.

O bildirib ki, 7 nəfərə yerində tibbi yardım göstərilib. Xəsarət alanlardan 17-i 1 saylı Kliniki Tibbi Mərkəzə, 4-ü Travmatologiya və Ortepediya İnstitutuna, 2-si 6 saylı Birləşmiş Xəstəxanaya, 1-i Respublika Yanıq Mərkəzinə və digər xəstəxanalara yerləşdirilib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a bildirib ki, ölənlərin sayı 7 nəfərə çatıb, xəsarət alanlar isə 26 nəfərdir.

***

Yanğın zamanı ölənlərin sayı 6-ya çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Publika.az-a verilən məlumata görə, yanğın zamanı 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan 14-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, 3-ü Travmatologiya və Ortepediya İnstitutuna, 2-si 6 saylı Birləşmiş Xəstəxanaya, 1-i Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə yerinə əlavə təcili yardım briqadaları cəlb olunub.

Gülxar

***

Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb.

Publika.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib.

O, yaralıların olduğunu da bildirib.

Yaralıların dəqiq sayı bilinmir.

Baş prokuror deyib ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib.

“İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hadisəyə lazımi qiymət veriləcək”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm