"Sahil"dən "İçərişəhər"ə gedən qatar tuneldə qalıb
Bizi izləyin

Hadisə

"Sahil"dən "İçərişəhər"ə gedən qatar tuneldə qalıb

Bakı metrosunda problem yaranıb.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Sahil"dən "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb.

Təxminən 10 dəqiqə fasilədən sonra anons edilərək sərnişinlərin qatarı tərk etməsi istənilib. Bəzi sərnişinlər anonsa riayət etsə də, digərləri vaqonları tərk etməyib.

Daha sonra qatar "İçərişəhər" əvəzinə "Sahil" stansiyasına qayıdıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə ANS PRESS-ə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, 4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb:

"Qatarın birinci vaqonu tuneldə qalıb. Ancaq digər vaqonlar stansiyada olduğu üçün qatardakı sərnişinlər boşaldılıb. Texniki nasazlıq qatarın əyləc sistemində baş verib. Texniki problem aradan qaldırıldıqdan sonra qatar işə salınıb", - deyə N.Paşayev əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm