Hacıbala Abutalıbov: “Evləri yananların hamısına 1000 manat veriləcək” – FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Hacıbala Abutalıbov: “Evləri yananların hamısına 1000 manat veriləcək” – FOTOLAR (YENİLƏNİB)

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azadlıq prospektində yanğın baş vermiş binadadır.

Publika.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, Bakı meri sakinlərlə görüşüb. H.Abutalıbov bildirib ki, binada evləri tamamilə yanmış şəxslərə 3 müxtəlif yerdə müvəqqəti məskunlaşmaq təklif edilib: “Hələ ki, hər ailəyə min manat veriləcək. Evləri tamamilə yanmış şəxslər ayrı-ayrı yerlərdə məskunlaşdırılacaqlar. Sakinlər üçün 10 xüsusi villa ayrılıb, həmçinin Buzovnadakı sanatoriyada 3 otaqlı 31 ədəd mənzil də bina sakinlərinə təklif edilib. Hər kəs mənzillə təmin olunacaq. Bəzi ailələr müvəqqəti olaraq qohumlarının evlərində məskunlaşıblar. Binada məktəb yaşlı uşaqlar müvəqqəti yerləşdikləri yerlərdən xüsusi avtobuslarla məktəblərə gətiriləcək”.

Bakı meri bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi araşdırma aparır.

***

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azadlıq prospektində yanğın baş vermiş binadadır.

Publika.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, Bakı meri sakinlərlə görüşüb. H.Abutalıbov bildirib ki, yanan binanın sakinləri müvəqqəti olaraq Buzovnadakı pansionata yerləşdiriləcək. H.Abutalıbov sakinlərlə görüşəndən sonra jurnalistlərə daha geniş açıqlama verəcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm