Bir neçə nəfəri xilas etdi və... - FOTO
Bizi izləyin

Hadisə

Bir neçə nəfəri xilas etdi və... - FOTO

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Yanğından Mühafizə Hissəsinin əməkdaşları sakinləri xilas edilməsi üçün böyük şücaət göstəriblər.

ANS PRESS-in məlumatına görə, Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğlu bir neçə nəfəri alovun cəngindən xilas etsə də, nəticədə özü də zəhərlənmiş, yüngül bədən xəsarəti alıb.

Tibbi müdaxilədən sonra Şahverdiyev Xətai evə buraxılıb. Hazırda baş leytenantın səhhəti üçün heç bir təhlükə yoxdur və o özünü yaxşı hiss edir.

Bu haqda sosial şəbəkədə onun atası Şahverdiyev Akif xəbər verib. Ata oğlunun səhhəti ilə bağlı narahatlıq keçirənlərə təşşəkkürünü bildirməklə yanaşı rəhmətə gedənlərə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, məlum hadisə ilə bağlı ANS telekanalında verilən süjetdə qohumları onun da yaralandığını görərək narahatlıq hissi keçiriblər.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm